İsveç ədəbiyyatının qələminin bədii gücünü dünya səviyyəsində sübut etmiş yazarı Filip Kerr dünyasını dəyişdi. Dedektiv janrın ustalarından sayılan mərhum yazar bir neçə silsilənin müəllifi kimi sevilib, əsərlərinin 40-a yaxın dilə tərcümə olunması ilə məşhurlaşıb.
"Guardian” xəbər verir ki, tarixi trillerlərin, bir-birindən ağır ədəbi çəkisi olan uşaq ədəbiyyatı nümunələrinin müəllifinin qısa müddət əvvəl aşkarlanmış xərçəng xəstəliyindən qəfil vəfatı həm İsveç, həm dünya ədəbiyyatını kədərə qərq edib. Yazarın ölüm xəbəri martın 23-də rəsmi naşiri tərəfindən təsdiqlənib. "Quercus Books”: "Bu gün kədərimiz dərindir, Filip Kerri itirdik. Böyük yazar, əsl adam. Bu çətin zamanlarda Jenny Sinniyə, övladlarına, dostlarına, qələm yoldaşlarına səbir diləyirik”.
1956-cı ildə anadan olmuş Kerr 34 yaşında ikən gənc yazar Cenni Sinni ilə ailə qurub. Onların bu nikahdan üç övladı var. Xanımı şəxsi tvitter hesabından duyğularını bölüşüb: "Sevgilim, unudulmaz Filip Kerr. Möhtəşəm Berni Qunterin yaradıcısı. Dahi yazar, heyran olunası ata, həyat yoldaşı”.
Ölümündən qısa müddət əvvəl Berni Qunter silsiləsinin 14-cü romanını tamamlayıb. "Metropolis” adlanan roman 2019-cu ildə işıq üzü görəcək.