Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 2025–2026-cı tədris ilində təhsil islahatlarının məqsədlərinə və müasir dövrün tələblərinə uyğun təhsil mühitinin formalaşmasına nail olmaq üçün sistemli fəaliyyət həyata keçirilib.Tədris ili ərzində məktəbəqədər və ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, idarəetmənin təkmilləşdirilməsi, innovativ və rəqəmsal həllərin tətbiqi, müəllimlərin peşəkar inkişafı və şagird nailiyyətlərinin artırılması əsas prioritet istiqamətlər kimi müəyyən edilib.
BŞTİ-dən AzEdu.az-a bildirilib ki,2025-2026-cı tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 1109 manat, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq əmək haqqı 583 manat təşkil edib.