Azedu.az

Akif Qasımov: Elmi əməkdaşlıq inkişafın vacib şərtidir

Ali təhsil

23 İyun 2026, 10:16
Akif Qasımov: Elmi əməkdaşlıq inkişafın vacib şərtidir

"Fundamental elmlər müasir texnologiyaların inkişafında həlledici rol oynayır”

AzEdu.az xəbər verir ki, bu sözləri  Riyaziyyat, mexanika və onların tətbiqlərinin müasir problemləri (MPMMA 2026)” mövzusunda 2-ci Beynəlxalq Konfransın açılış mərasimində çıxışı zamanı Tədris işləri üzrə prorektor Akif Qasımov qeyd edib.

 "Bu gün riyaziyyat və mexanika kimi elmlərin cəmiyyətin inkişafında, xüsusilə mühəndislik sahəsində əhəmiyyəti danılmazdır. Müasir texnologiyaların və innovativ həllərin formalaşmasında məhz bu sahələr əsas baza rolunu oynayır".

Prorektor konfransa təqdim edilən məqalələrin mövzu baxımından zənginliyinin və iştirakçıların geniş coğrafiyasının tədbirin yüksək elmi səviyyədə keçəcəyinə dəlalət etdiyini vurğulayıb.

Çıxışının sonunda Akif Qasımov universitet rəhbərliyi adından konfrans iştirakçılarını salamlayaraq, tədbirin işinə uğurlar arzulayıb və konfransın elmi əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə inandığını bildirib.

TƏCİLİ! Rusiyaya DƏHŞƏTLİ HÜCUM - Şəhərlər raketlərlə bombalanır
Son xəbərlərDaha çox