Azedu.az

Sertifikasiyanın dördüncü günü BAŞLAYIR

Sertifikasiya

23 İyun 2026, 10:00
Sertifikasiyanın dördüncü günü BAŞLAYIR

 

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin dördüncü günü başlayır.

AzEdu.az xəbər verir ki, bu gün Riyaziyyat, Coğrafiya, İnformatika, İngilis dili, İbtidai sinif üzrə sertifikasiya keçiriləcək.

Qeyd edək ki, sertifikasiyanın birinci günündə 606 müəllim iştirak edib və 98 faiz davamiyyət qeydə alınıb. İkinci günündə 3548 müəllim, üçüncü günündə isə 4228 müəllim imtahanda iştirak edib. Hər iki gündə də 98 faiz davamiyyət qeydə alınıb.

Sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkənin 19 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 35 imtahan mərkəzində təşkil edilir.

Xatırladaq ki, sertifikatlaşdırmadan uğurla keçən 24 minə yaxın müəllimin vəzifə maaşı 35 faiz, 49 mindən çox müəllimin maaşı isə 10 faiz artırılıb.

TƏCİLİ! Rusiyaya DƏHŞƏTLİ HÜCUM - Şəhərlər raketlərlə bombalanır
Son xəbərlərDaha çox