Azedu.az

Xidmət mərkəzindən zəlzələ açıqlaması

9 Fevral 2019, 21:24
Xidmət mərkəzindən zəlzələ açıqlaması

Azərbaycanda yenidən zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, yeraltı təkanlar Pirqulu stansiyasından 8 kilometr cənub-qərbdə Ağsu ərazisində zəlzələ qeydə alınıb.

Məlumata görə, yerli vaxtla saat 20:35-də baş vermiş yeraltı təkanların gücü 2,9 bal təşkil edib. Zəlzələ 3 bala qədər hiss olunub.

 

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox