Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-01 20:17:00
Gənc təhsil işçiləri mükafatlandırıldı

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) 2 Fevral-Gənclər Günü qeyd olunub. AzEdu.az xəbər verir ki, tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, idarənin struktur bölmə rəhbərləri və BŞTİ-nin gənc əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev kollektivin gənc üzvlərini əlamətdar gün münasibətilə təbrik edib və onlara xoş arzularını bildirib. R.Tağıyev BŞTİ-də kifayət qədər gənc əməkdaşların çalışdığını və onların çevikliyinin, enerjisinin ümumi işə müsbət təsir göstərdiyini nəzərə çatdırıb. BŞTİ müdiri paytaxt təhsilində mühüm nailiyyətlərin əldə edilməsində, milli-mənəvi dəyərlərin qorunması və inkişafında gənclərin müstəsna rolundan danışıb.

 

Hər il fevralın 2-nin ölkəmizdə Gənclər Günü kimi qeyd edildiyini söyləyən idarə müdiri Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. R.Tağıyev, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

Daha sonra çıxış edən gənclər onlara göstərilən diqqətə görə təşəkkürlərini bildirib, bundan sonra da səylə çalışacaqlarını ifadə ediblər.

 

Sonda 2 Fevral-Gənclər Günü münasibətilə idarənin gənc əməkdaşlarına BŞTİ-nin Fəxri fərmanları verilib.