Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-29 11:34:00
Kanadada təhsillə bağlı ən çox verilən suallar – Cavablar

Şimali Amerikada yerləşən Kanada dünyanın ən yaxşı təhsil sisteminə malik ölkələrindən hesab olunur.

Son illərdə burada təhsil almaq istəyənlərin sayı artmaqdadır.

AzEdu.az Kanadada təhsillə bağlı sual və cavabları təqdim edir. Sualları CELT xaricdə təhsil mərkəzinin məsləhətçiləri cavablandırır.

-Təhsilin bakalavr səviyyəsini Azərbaycanda oxumuşam. Magistratura səviyyəsini Kanada da oxumaq istəyirəm. Bilmək istərdim ki, IELTS ortalama balım nə qədər olmalıdır?

-Kanada da təhsil almaq üçün IELTS ortalama balı 80+ olmalıdır.

-Hazırda ali məktəbə qəbul üçün hazırlaşıram. Ancaq Kanada da təhsil almaq istəyirəm. Bilmək istərdim ki, Kanada universitetlərində minimum təhsil haqqı nə qədərdir?

-Kanada universitetlərində təhsil haqqı 13.000dollardan başlayır.

-Bakı Dövlət Universitetinin Dünya İqtisadiyyatı ixtisasında oxuyuram. Kanadada ixtisasım üzrə magistr təhsili almaq istəyirəm. Orada oxumaq üçün hansı sənədlər lazımdır ?

-Beynəlxalq imtahan sertifikatı kimi IELTS və ya TOEFL lazımdır. Orada dünya iqtisadiyyatı üzrə magistr səviyyəsini oxumaq üçün təhsil haqqı 20.000 dollardan başlayır

-GDU-nun filologiya fakültəsində təhsil alıram. Təhsilimi başa vurduqdan sonra Kanadanın Toronto şəhərində ödənişsiz magistr səviyyəsində oxumaq istəyirəm. Bunun üçün nə etmək lazımdır?

-Kanadada ödənişsiz təhsil yoxdur. Orada universitetlərdə öz hesabınıza təhsil ala bilərsiniz. Bunun üçün IELTS imtahanı tələb olunur.

-Kanadanın Toronto və ya Ottava universitetlerinin birində təhsil almaq istəyirəm. Bilmək istərdim ki, qeyd etdiyim universitetlərdə rəssamlıq fakültəsi var?

-Kanadanın Toronto və Ottava universitetlərində Rəssamlıq fakültəsi var. Amma qəbul olmaq üçün IELTS və qabiliyyət imtahanı mütləqdir.

-48 yaşım var. Bilmək istərdim ki, Kanada universitetlərinə qəbul üçün yaş məhddudiyyəti var? Onu qeyd edim ki, ali təhsilim var.

-Xaricdə təhsil almaq üçün yaş məhdudiyyəti yoxdur.

-Kanadada aylıq yaşayış xərcləri nə qədərdir?

-Kanadada aylıq yaşayış xərcləri 1000-1500 dollar arasındadır.

Günel Yaşarqızı
Müəllifin digər yazıları