![](https://azedu.az/uploads/news/2019/01/azedu.az_1548683244258199213_1000x669_838.jpg)
Xəzər Universiteti 2019-2020-ci tədris ili üçün əcnəbi tələbələrin qəbulunu elan edir.
Universitetdən AzEdu.az-a bildirilib ki, qəbul mühəndislik və tətbiqi elmlər, iqtisadiyyat və menecment, humanitar və sosial elmlər və təhsil fakültələrinin ixtisasları üzrə aparılır. Eyni zamanda, qəbul təhsilin hər üç pilləsi üzrə - bakalavriatura, magistratura, doktorantura üzrə təşkil olunur.
Öz akademik göstəriciləri ilə fərqlənən bütün xarici ölkələrin vətəndaşlarına universitetdə təhsil almaq üçün təqaüdlər təklif edilir. Universitetinin “Mükəmməllik” təqaüdləri tələbənin təhsil haqqını tam əhatə edir. Təqaüd bir il müddətinə təyin olunur və tələbənin akademik göstəricilərinə əsasən uzadılır. Xəzər Universitetində magistratura və doktorantura pilləsində təhsil almaq istəyən əcnəbi vətəndaşlar bu təqaüd proqramı üçün müraciət edə bilərlər.
Universitetin “Nailiyyət” təqaüdləri müraciət edən tələbənin akademik göstəricilərindən asılı olaraq təhsil haqqına 75 faiz, 50 faiz və ya 25 faiz endirimləri nəzərdə tutur. Xəzər Universitetində təhsilin hər üç pilləsində təhsil almaq istəyən əcnəbi vətəndaşlar bu təqaüd proqramı üçün müraciət edə bilərlər.
Hazırda universitetdə 30-dan çox ölkədən 150-dən çox əcnəbi tələbə təhsil alır. Universitetin təqaüd proqramlarından müxtəlif illərdə bir çox ölkələrin vətəndaşları faydalanıblar.
Müraciətlər aprelin 15-dək qəbul olunur.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)