Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-26 20:33:00
Məktəblilər yanğın təhlükəsizliyi ilə bağlı bilgiləndirildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzi ilə birgə Nəsimi rayonundakı Rövşən Nəsirov adına 111 nömrəli tam orta məktəbdə maarifləndirmə tədbiri keçirib. FHN-dən AzEdu.az-a verilən məlumata görə, tədbirdə “Yanğın təhlükəsizliyi qaydalarına riayət edin!”, “Dəm qazı təhlükəsi”, ”Məişətdə yanğın təhlükəsizliyi”, 112 – “qaynar xətti”nə nə vaxt zəng etməli?” və “Zəlzələ zamanı davranış qaydaları” mövzusunda fotoslaydlar nümayiş etdirilib, yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.

 

Həmçinin, ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının və sinif otaqları üçün yanğın təhlükəsizliyi qaydalarına dair yaddaş kitabçalarının olması, pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi və yanğına qarşı su təchizatına (hovuzlar, kəmərlər, çənlər, hidrantlar) qayğı ilə yanaşılmasının vacibliyi nəzərə çatdırılıb.

 

Toplantıda ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib. İştirakçılara yanğına qarşı təbliğat işində istifadə üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri, bukletlər paylanıb.