2025-ci il üzrə magistratura səviyyəsində dövlət sifarişi əsasında ümumilikdə 117 ixtisaslaşma üzrə qəbul aparılıb. Nəticələr göstərir ki, ixtisaslaşmaların 50,43 faizində ayrılmış yerlər tam dolub, 47,01 faizində isə plan yerləri kəsirdə qalıb.
AzEdu.az xəbər verir ki, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.
Hesabata əsasən, bəzi ixtisaslaşmalar üzrə müraciət olmayıb və nəticədə qəbul həyata keçirilməyib. Belə ki, “Xoreoqrafiya sənəti”, “Operator sənəti” və “Uçuş mühəndisliyi” ixtisaslaşmalarına bu il heç bir abituriyent qəbul olmayıb.
Bu göstəricilər əmək bazarı tələbi, ixtisaslara maraq və peşə seçimində tendensiyaların dəyişməsi ilə bağlıdır.