Azedu.az

Ödənişə görə xaric edilən və vəfat edən tələbələrin SAYI

Ali təhsil

19 İyun 2026, 15:01
Ödənişə görə xaric edilən və vəfat edən tələbələrin SAYI

Təhsil müəssisələri tələbələrin təhsil aldığı müddətdə baş verən xaricolunma, bərpa, ixtisasdəyişmə, təhsilalma formasının dəyişməsi, ödəniş formasının dəyişməsi, fərdi məlumatlardakı dəyişikliklər və digər məlumatları “Tələbə-məzun” informasiya sisteminə daxil edir.

AzEdu.az xəbər verir ki, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.

Nəşrdə bildirilib ki, ötən il təhsil haqqının ödənilməməsi, dərs buraxılması və ya tələbənin öz istəyi ilə ali təhsil müəssisəsindən xaric edilməsi səbəbindən ümumilikdə 12 969 tələbə təhsil müəssisəsindən xaric olunub. Onlardan 6 122-si bakalavriat, 1 897-si magistratura, 2 624-ü tam orta ixtisas bazası, 2 326-sı isə ümumi orta ixtisas bazası üzrə olub.

Bundan başqa, 2025-ci ildə tələbələrin vəfatı ilə əlaqədar 200 qeydiyyat aparılıb. Bunlardan 33-ü bakalavriat, 5-i magistratura, 67-si tam orta ixtisas bazası, 95-i isə ümumi orta ixtisas bazası üzrə olub.

Hesabata əsasən, akademik borca görə 938 tələbə təhsil müəssisəsindən xaric edilib. Onlardan 684-ü bakalavriat, 36-sı magistratura, 73-ü tam orta ixtisas bazası, 145-i isə ümumi orta ixtisas bazası üzrə qeydə alınıb.

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox