Azedu.az

56 yaşında diplom aldı

Ali təhsil

19 İyun 2026, 14:13
56 yaşında diplom aldı

Türkiyənin Samsun vilayətinin Vezirköprü rayonunda yaşayan 56 yaşlı Sait Sarıer üç övlad və bir nəvə sahibidir.

AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, O, universitet təhsilini fakultə birincisi kimi tamamlayaraq məzuniyyət sevincini yaşayıb.

Ondokuz Mayıs Universiteti Vezirköprü Peşə məktəbinin Mühasibatlıq və Vergi İdarəçiliyi Proqramında təhsil alan Sarıer, əldə etdiyi uğurla diqqət çəkib. Məzuniyyət mərasimində tələbələrlə birlikdə kep ataraq yüksək göstərici ilə məzun olmağın sevincini yaşayıb.

Sarıerin məzuniyyət sevincinə övladları və nəvəsi də qoşulub.

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox