Azedu.az

Sertifikasiya imtahanları: Hansı müəllimlər “riskli qrup”a daxil edilir?

AzEdu Təhsil Platforması

19 İyun 2026, 13:42
Sertifikasiya imtahanları: Hansı müəllimlər “riskli qrup”a daxil edilir?

Sertifikasiya imtahanlarının artıq üçüncü günü davam edir.

Maraqlıdır, ən çox hansı fənlər üzrə kəsilən müəllimlərin sayı çox olacaq? Hansı fənn müəllimlərini daha riskli qrup hesab etmək olar?

AzEdu.az-a mövzu ilə bağlı Hədəf Liseyinin icraçı direktoru Elmin Yaqubbəyli açıqlama verib.

O, qeyd edib ki, xarici dil müəllimləri, xüsusilə də ingilis dili müəllimləri üçün yüksək tələblər səbəbindən imtahanlar müəyyən çətinliklər yarada bilir:

“Əslində, bu suala dəqiq cavab vermək üçün rəsmi nəticələrin açıqlanmasını gözləmək lazımdır. Bununla belə, əvvəlki illərin sertifikasiya, diaqnostik qiymətləndirmə və müəllimlərin işə qəbulu imtahanlarının nəticələri müəyyən tendensiyaları görməyə imkan verir.

Müşahidələr göstərir ki, riyaziyyat, fizika, kimya və informatika kimi daha çox analitik düşüncə, hesablamalar və dərin ixtisas bilikləri tələb edən fənlərdə nəticələr arasında fərqlər daha nəzərəçarpan olur. Xarici dil müəllimləri, xüsusilə də ingilis dili müəllimləri üçün də yüksək tələblər səbəbindən imtahanlar müəyyən çətinliklər yarada bilir.

Digər tərəfdən, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, eləcə də tarix müəllimləri adətən daha sabit nəticələr göstərən qruplar sırasında yer alırlar. Lakin hər il imtahanların məzmunu, sual formatı və iştirakçıların hazırlıq səviyyəsi dəyişdiyi üçün əvvəlki təcrübələrə əsaslanan proqnozlar yalnız ehtimal xarakteri daşıyır.

Bu səbəbdən, sertifikasiya imtahanlarında hansı fənn müəllimlərinin daha çox uğursuz nəticə göstərəcəyi barədə qəti fikir söyləmək hələ tezdir. Daha obyektiv qiymətləndirmə aparmaq üçün nəticələrin açıqlanmasını və statistikanın formalaşmasını gözləmək lazımdır".

Rusiya getməyi dayandırın, əks halda...- ABŞ-dən təcili xəbərdarlıq
Son xəbərlərDaha çox