Gəncə şəhər Aşıq Ələsgər adına 36 nömrəli tam orta ümumtəhsil məktəbinin hərbi-hazırlıq müəllimi Rüstəm İsayev vəfat edib.
AzEdu.az xəbər verir ki, Vətən müharibəsi iştirakçısı olan hərbçi ötən gün dünyasını dəyişib.
Qeyd edək ki, R.İsayev müharibədən sonra bir sıra medallarla təltif edilmişdi.