Azedu.az

Uğursuz şagirddən zirvəyə: Tibb fakültəsinə birinciliklə qəbul oldu

Maraqlı

19 İyun 2026, 13:56
Uğursuz şagirddən zirvəyə: Tibb fakültəsinə birinciliklə qəbul oldu

Türkiyənin Çanakkale şəhərində yaşayan Yasin Kirazcı təhsil həyatında uğurlu şagird olmadığını və bu səbəbdən universitet imtahanına (YKS) ilk dəfə girmədiyini bildirib.

AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, O, Tibb peşə liseyini bitirdikdən sonra KPSS imtahanında uğur qazanaraq Bozcaada İctimai Səhiyyə Mərkəzində tibbi laboratoriya texnikisi kimi işə başlayıb.

İşlədiyi dövrdə həkimliyə maraq duyan Kirazcı həyatını dəyişmək qərarı verərək YKS-yə hazırlaşmağa başlayıb. O, iki il ərzində həm işləyib, həm də intensiv şəkildə imtahana hazırlaşıb. Ayda cəmi 8 gün işlədiyi dövrdə qalan vaxtını tamamilə təhsilə həsr etdiyini bildirib.

Zəhmətinin nəticəsində tibb fakültəsinə birinciliklə qəbul olan Kirazcı daha sonra təhsilinə davam edərək iş həyatını da paralel şəkildə davam etdirib. 

Hazırda Ezinə Dövlət Xəstəxanasının Təcili Yardım şöbəsində pratikant həkim  kimi çalışan Kirazcı eyni zamanda üç qardaş olduqlarını və hamısının eyni dövrdə tibb fakültəsini qazandığını bildirib.

Yasin Kirazcı YKS imtahanına hazırlaşan gənclərə də mesaj verərək, əzmkarlığın və fədakarlığın hər uğurun açarı olduğunu vurğulayıb:

“Çalışdıqca və lazım olan fədakarlıqları etdikcə bacara bilməyəcəkləri heç nə yoxdur.”

İran Ermənistanı hücumla HƏDƏLƏDİ - Nəticəsi sizin üçün ağır olacaq!
Son xəbərlərDaha çox