Azedu.az

Bu xəstəlikləri olan şəxslər müəllim işləyə bilməz - SİYAHI

Təhsil hüququ və qanunvericilik

2 İyun 2026, 10:33
Bu xəstəlikləri olan şəxslər müəllim işləyə bilməz - SİYAHI

Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara əsasən, bəzi xəstəliklərdən əziyyət çəkən şəxslərin ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmasına icazə verilmir.

AzEdu.az-ın məlumatına görə, məhdudiyyət tətbiq olunan xəstəliklər siyahısına yoluxucu, psixi, davranış və bəzi ağır fiziki pozuntular daxildir.

Bu xəstəliklər həm tədris prosesinin təhlükəsizliyi, həm də təhsilalanlarla sağlam ünsiyyətin təmin olunması məqsədilə müəyyən edilib.

Siyahıya aşağıdakı xəstəliklər daxildir:

- Tənəffüs orqanlarının bakterioloji və histoloji təsdiq edilmiş vərəmi;
- Alsheymer xəstəliyi zamanı demensiya;
- Vaskulyar demensiya;
- Başqa xəstəliklər zamanı yaranan demensiya;
- Dəqiqləşdirilməmiş demensiya;
- Üzvi hallüsinoz;
- Üzvi-katatonik hal;
- Üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu;
- Üzvi mənşəli şəxsiyyət pozuntusu;
- Alkoqol qəbulu nəticəsində yaranan psixi və davranış pozuntuları;
- Opioidlərin qəbulu nəticəsində yaranan psixi və davranış pozuntuları;
- Kannabinoidlərin qəbulu nəticəsində yaranan psixi və davranış pozuntuları;
- Kokain qəbulu nəticəsində yaranan psixi və davranış pozuntuları;
- Hallüsinogen maddələrin qəbulu nəticəsində yaranan psixi və davranış pozuntuları;
- Şizofreniya;
- Xroniki sayıqlama pozuntuları;
- Bipolyar affektiv pozuntunun bəzi ağır formaları;
- Psixotik əlamətlərlə müşahidə olunan ağır depressiv epizodlar;
- Şəxsiyyətin paranoid, dissosial, emosional davamsız və isterik pozuntuları;
- Azartlı oyunlara patoloji meyil;
- Piromaniya (yanğına patoloji həvəs);
- Kleptomaniya (oğurluğa patoloji meyil);
- Seksual seçimin pozuntusu;
- Kəkələmə (xüsusi təhsil müəssisələri istisna olmaqla);
- Eşitmənin dəqiqləşdirilməmiş neyrosensor tipli itirilməsi (xüsusi təhsil müəssisələri istisna olmaqla);
- Səs büküşlərinin və qırtlağın iflici;
- Binokulyar korluq (xüsusi təhsil müəssisələri, uşaq musiqi və incəsənət məktəbləri istisna olmaqla);
- Binokulyar ağır görmə pozuntusu (xüsusi təhsil müəssisələri, uşaq musiqi və incəsənət məktəbləri istisna olmaqla).

Ukraynadan ŞOK HÜCUM - Rus ordusu mühasirəyə düşdü
Son xəbərlərDaha çox