Azedu.az

Təhsil müəssisələri xaricdə necə filial aça bilər? - QANUN

Təhsil hüququ və qanunvericilik

1 İyun 2026, 12:06
Təhsil müəssisələri xaricdə necə filial aça bilər? - QANUN

Azərbaycan təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıq imkanları qanunvericiliklə tənzimlənir.

Qanunda ali və digər təhsil müəssisələrinin xarici tərəfdaşlarla əməkdaşlıq qurması, beynəlxalq layihələrdə iştirak etməsi, eləcə də xaricdə filial və digər struktur bölmələr yaratması ilə bağlı mühüm müddəalar yer alıb.

AzEdu.az-ın "Təhsil haqqında" Qanuna istinadən verdiyi məlumata görə, təhsil sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qanunvericiliyi və ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir.

Təhsil müəssisələri beynəlxalq qurumlarla birbaşa əməkdaşlıq edə bilər:

Qanuna əsasən, təhsil müəssisələri xarici ölkələrin elm və təhsil müəssisələri, təşkilatları, beynəlxalq qurumlar və fondlarla birbaşa əlaqələr yarada, ikitərəfli və çoxtərəfli əməkdaşlıq müqavilələri bağlaya bilərlər. Eyni zamanda onlar təhsil sahəsində fəaliyyət göstərən müxtəlif dövlət və qeyri-hökumət qurumlarına, ittifaqlara, birliklərə və assosiasiyalara qoşulmaq hüququna malikdirlər.

Təhsil müəssisələri beynəlxalq elm və təhsil layihələrinin hazırlanması, fundamental elmi tədqiqatların aparılması, elmi-praktik konfrans və simpoziumların təşkili, tələbə, magistr, doktorant, müəllim və elmi işçilərin mübadiləsi kimi fəaliyyətlərlə müstəqil şəkildə məşğul ola bilərlər.

Universitetlər xaricdə filial və laboratoriyalar yarada bilər:

Qanunun diqqət çəkən müddəalarından biri də təhsil müəssisələrinin xarici tərəfdaşlarla birlikdə ölkə daxilində və xarici dövlətlərdə müştərək struktur bölmələri yaratmaq hüququ ilə bağlıdır. Belə ki, xüsusi təyinatlı təhsil müəssisələri istisna olmaqla, digər təhsil müəssisələri fəaliyyət keyfiyyətinin artırılması və beynəlxalq əlaqələrin genişləndirilməsi məqsədilə mərkəzlər, filiallar, laboratoriyalar, texnoparklar və digər struktur bölmələr yarada bilərlər.

Beynəlxalq müqavilələrə dövlət zəmanət vermir:

Bununla yanaşı, qanunda vurğulanır ki, təhsil müəssisələrinin bağladıqları birbaşa beynəlxalq əməkdaşlıq müqavilələrinə dövlət tərəfindən zəmanət verilmir. Bu isə həmin əməkdaşlıqlardan irəli gələn öhdəliklərə görə məsuliyyətin birbaşa müqavilə tərəflərinin üzərində qalması deməkdir.

TƏCİLİ! İranda dəhşətli partlayışlar: ABŞ əməliyyata başladı
Son xəbərlərDaha çox