Azedu.az

Bakıdakı məktəbdə şagird pəncərədən yıxıldı

Bakı şəhəri üzrə Təhsil İdarəsi

14 May 2026, 12:19
Bakıdakı məktəbdə şagird pəncərədən yıxıldı

175 nömrəli tam orta ümumtəhsil məktəbinin X sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) mayın 14-də  pəncərədən yıxılıb.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb.

Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.

İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.

Rusiyada namaz QADAĞASI - Bunu edən şəxslər ölkədən qovulur!
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox