Azedu.az

Riyaziyyatsevərlərin mütləq izləməli olduğu 10 film 

Araşdırma

11 May 2026, 10:23
Riyaziyyatsevərlərin mütləq izləməli olduğu 10 film 
Riyaziyyat insan düşüncəsinin ən dəqiq və ən güclü ifadə formalarından biridir. O, təkcə rəqəmlər və düsturlar deyil, həm də məntiq, analiz və problem həll etmə bacarığını inkişaf etdirən bir elmdir.

AzEdu.az riyaziyyata maraq göstərən gənclərin mütləq izləməli olduğu 10 film barədə araşdırma aparıb.

1.Good Will Hunting (Can Dostum, 1997)

Can dostum filmində Matt Damon tərəfindən canlandırılan Will Hunting rəsmi riyaziyyat təhsili olmasa da, qeyri-adi riyazi dahidir. O, cəmi 20 yaşında olarkən Massaçusets Universitetində təmizlik işlərində çalışır. Bir gün riyaziyyat professoru Lambeau-nun lövhəyə yazdığı çətin sualları həll edir. Bu hadisə professorun diqqətini çəkir.

Bundan sonra Lambeau Will-in mürəkkəb həyatını qaydasına salmasına kömək etməyə çalışır. Bu prosesdə o, psixoloq həmkarı Sean-dan (Robin Williams) da dəstək alır. Robin Williams-a “Ən Yaxşı Köməkçi Kişi Aktyor” nominasiyasında Oscar qazandıran film, eyni zamanda “Ən Yaxşı Orijinal Ssenari” üzrə də Oscar mükafatına layiq görülüb.

2. A Beautiful Mind (Ağıl Oyunları, 2001)

Eyni adlı kitabdan ekranlaşdırılan A Beautiful Mind, Nobel İqtisadiyyat Mükafatı və Abel Mükafatı sahibi amerikalı riyaziyyatçı John Nash-in həyatını mövzu edən təsirli bir bioqrafik filmdir. Baş qəhrəmanın riyaziyyatçı olması və qeyri-adi süjet quruluşu filmi digərlərindən fərqləndirir.

John Nash aldığı təqaüd sayəsində Princeton Universitetində təhsil almağa başlayır. Qısa müddətdə riyaziyyat çevrələrində tanınan Nash, eyni zamanda şizofreniya əlamətləri ilə çətin bir mübarizəyə başlayır.

Filmdə həm riyaziyyat, həm də riyaziyyatçılar reala uyğun şəkildə təsvir edilmişdir. Bunun ən vacib səbəblərindən biri isə ssenari prosesində Kolumbiya Universitetində çalışan riyaziyyat professoru Dave Bayer-in məsləhətçi kimi iştirak etməsidir.

My Thoughts on: A Beautiful Mind (2001) | Film Music Central

3. The Imitation Game (Enigma, 2014)

II. Dünya Müharibəsi zamanı İngiltərə kəşfiyyatı bütün səylərinə baxmayaraq almanların istifadə etdiyi Enigma şifrələmə sistemini aça bilmir. Bu gizli yazışmalar İngiltərə və müttəfiqlərinin ağır itkilər verməsinə səbəb olur. Bunun üzərinə İngiltərə hökuməti ölkənin ən yaxşı şifrə açan beyinlərini bir araya gətirməyə qərar verir. Bu şəxslərdən biri də gənc professor Alan Turing olur.

The Imitation Game Alan Turing-in həyat hekayəsindən uyğunlaşdırılıb və demək olar ki, geniş beynəlxalq rəğbət qazanıb. Həm Turing-in ilhamverici həyatını, həm də Enigma şifrələmə sisteminin açılma prosesini öyrənmək istəyirsinizsə, bu filmi mütləq izləməlisiniz.



4. The Professor and His Beloved Equation (Professor və Onun Sevimli Tənliyi, 2006)

Bir riyaziyyat professoru teatr tamaşasından çıxarkən keçirtdiyi yol qəzası nəticəsində yaddaşını itirir. Bu bədbəxt hadisədən sonra o, hər 80 dəqiqədən bir yaşadığı hadisələri unutmağa başlayır.

Film bu maraqlı vəziyyətdə olan professorun həyatına daxil olan baxıcı qadın və onun oğlu Kök ilə qurduğu münasibəti mövzu edir. Artıq yalnız keçmişdə yaşayan professor Kökə riyaziyyatın sehrini öyrədərkən izləyiciyə həm emosional, həm də düşündürücü anlar yaşadır.

5. Measuring the World (Dünyayı Ölçmek, 2012)

Avstriyalı yazıçı Daniel Kehlmannın 2005-ci ildə qələmə aldığı romandan ekranlaşdırılan bu film, alman riyaziyyatçısı Carl Friedrich Gauss və alman coğrafiyaşünası Alexander von Humboldt-un gənclik illərini mövzu edir. Hekayə bu iki alimın 1828-ci ildə Berlində yollarının kəsişməsi ilə başlayır.

Bu görüşdən sonra ikili dünyanın ölçülərini müəyyən etmək üçün həyəcanlı bir macəraya atılır. Həm tarixi şəxsiyyətləri yaxından tanımaq, həm də elm dolu bir sərgüzəştə şahid olmaq istəyən riyaziyyat həvəskarları üçün olduqca maraqlı bir filmdir.

6. Stand and Deliver (Qalx və Döz, 1988)

Uzun illər ərzində bir çox filmlərdə uğursuz bir sinfə ilham verən müəllim obrazları işlənib. Lakin bu film əslində bu mövzunun öncüllərindən biri kimi seçilir. Hekayə ABŞ-nin Los Angeles bölgəsində, Latın icmasının yaşadığı kasıb və düzgün idarə olunmayan bir məktəbə gələn riyaziyyat müəllimi Jaime Escalante-dən bəhs edir.

Başlanğıcda heç kim şagirdlərin potensialına çata biləcəyinə inanmır. Lakin zaman keçdikcə Jaime Escalante onların bacarıqlarını üzə çıxarır və şagirdləri ölkənin ən uğurlu riyaziyyatçılarından birinə çevirir.



7. Cube (Kub, 1997)

Ölümcül tələlərlə dolu kub formalı otaqlar şəbəkəsində ilişib qalmış təxminən beş nəfər… Qrup üzvləri niyə orada olduqlarını və əslində harada olduqlarını bilmirlər. Bu kubdan xilas olmağın yeganə yolu riyazi şifrələri həll edərək otaqlardan keçib çıxış yolunu tapmaqdır.

“Kub” filmi Şərqi Karolina Universitetində riyaziyyat professoru olan David W. Pravica tərəfindən hazırlanıb. Pravica film çəkilişləri zamanı məsləhətçi kimi də iştirak edib. Nəticədə, içində ağıllı tapmacalar və maraqlı süjet xətti olan, mütləq izlənilməli filmlərdən biridir.

8. Agora (Agora, 2009)

Tarixdəki ilk qadın riyaziyyatçının kim olduğunu heç düşünmüsünüz? Bu ad, həm də filosof və astronom olan, IV əsrdə yaşamış Hypatiyaya aiddir. O, dini qarışıqlıqların hökm sürdüyü bir dövrdə klassik dövrdən gələn bilikləri qorumuş və tələbələrinə ötürüb. İmperiyanın müxtəlif yerlərindən gələn ən parlaq zəkalara dərs deyib. Lakin bu, onun faciəvi sonuna da səbəb olub.

Bu gün Hypatiyanın xatirəsini yaşatmaq üçün bir asteroidə və Ayda bir kraterə onun adı verilib. Oscar mükafatı sahibi Rachel Weisz tərəfindən canlandırılan Hypatia, tarixin ən önəmli elm qadınlarından birinin hekayəsini təsirli şəkildə ekranlara gətirir. Mütləq izləməyiniz tövsiyə olunur.



9. La habitación de Fermat (Qapan, 2007)

İspaniya istehsalı olan bu filmdə bir-birini tanımayan dörd riyaziyyatçının böyük bir sirri açmaq üçün gizli bir məkana dəvət olunması təsvir edilir. Əvvəlcə onlara verilən sualları düzgün cavablandırmaları lazımdır. Əks halda, olduqları otaq qəfil ölüm tələsinə çevrilir. Lakin vaxtla yarışaraq həll etməli olduqları bu sualların arxasında əslində tamam başqa bir sirr dayanır.



10. The Number 23 (23 Nömrə, 2007)

Film, sadə bir həyat yaşayan Walterın “23 Nömrə” adlı kitabla tanış olması ilə dəyişən həyatını mövzu alır. Əvvəllər sadəcə maraqla oxumağa başladığı bu kitab, zaman keçdikcə Walterın diqqətini daha çox çəkməyə başlayır. Çünki kitabda yazılanların onun öz həyatı ilə əlaqəli olduğunu düşünməyə başlayır.

Bu vəziyyət tədricən onun düşüncələrinin bir obsesiyaya çevrilməsinə səbəb olur. Nəticədə Walterın həyatı getdikcə nəzarətdən çıxan bir hal alır. Jim Carrey isə Walter obrazı ilə filmdə təsirli bir performans nümayiş etdirir.

ŞOK TƏXRİBAT! Köçəryan sərhədimizə gəldi - Artsax bayrağı qaldırıldı
Son xəbərlərDaha çox