Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-19 16:53:00
Memar Mikayıl Hüseynovun kolleksiyası Mərkəzi Elmi Kitabxanaya hədiyyə olundu

Görkəmli memar və memarlıq tarixçisi, akademik Mikayıl Hüseynovun kolleksiyası Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) humanitar elmlər üzrə yardımçı fondunda mühafizə olunur.

AzEdu.az-ın məlumatına görə, MEK-dən AZƏRTAC-a bildiriblər ki, 276 nüsxədən ibarət kolleksiya kitabxanaya onun ailə üzvləri tərəfindən hədiyyə olunub. Sənədlər Azərbaycan, rus, alman və fransız dillərində olmaqla incəsənət, memarlıq, arxitektura mövzularını əhatə edir. Kolleksiyadakı sənədlər tam şəkildə MEK-in elektron kataloquna (VİS) daxil edilib. Onların arasında S.Dadaşov və M.Hüseynovun “Bakının memarlıq abidələri”, Ə.Salamzadənin “Əcəmi Əbubəkir oğlu və Naxçıvan memarlıq abidələri” və digər dəyərli kitablar yer tutur.

Görkəmli memarın həyatı, yaradıcılığı və kitab kolleksiyası haqqında daha geniş məlumat MEK–in təqdimatında verilib.