Azərbaycanda müxtəlif bölgələri təmsil edən bir qrup XI sinif şagirdləri üçün 9 və 15 mart tarixlərində keçirilən buraxılış imtahanlarında yüksək nəticə göstərib.
AzEdu.az bu münasibətlə Şəki-Zaqatala Regional Təhsil idarəsinə sorğu ünvanlayıb.
İdarədən verilən məlumata görə, ən yüksək nəticəni Zaqatala rayonu Tala kənd 5 nömrəli tam orta məktəbin şagirdi Zəhra Mustafayeva göstərərək 298 bal toplayıb. O, hər üç fənn üzrə (tədris dili, riyaziyyat, xarici dil) demək olar ki, maksimum nəticəyə yaxın göstərici əldə edib.
Yüksək bal toplayan şagirdləri təqdim edirik:
Qax rayonu, 2 nömrəli şəhər tam orta məktəbin şagirdi Məmmədli Aydan Ramil qızı- 295 bal;

Balakən rayonu, Qazma kənd 1 nömrəli tam orta məktəbin şagirdi Şabanova Gülçin Elçin qızı- 294 bal;

Qax rayonu, Turaclı kənd tam orta məktəbin şagirdi Həsənli Fatimə Tural qızı- 293 bal;

Zaqatala rayonu, 2 nömrəli şəhər tam orta məktəbin şagirdi Babayev Bəhram Bədrəddin oğlu- 293 bal;

Zaqatala rayonu, Texniki fənlər liseyin (Akademik Z. Əliyeva adına) şagirdi Bağırov Vəli Mehman oğlu- 293 bal;

Zaqatala rayonu, 3 nömrəli şəhər tam orta məktəbin XI B sinif şagirdi Qarayev Kənan İslam oğlu- 292 bal.
