Qəbul yanvar ayının 28-də, saat 10-00-da Şirvan Gənclər Evində (ünvan: Şirvan şəhəri, Naxçıvan küçəsi, 1B) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (//eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-nın Şirvan regional bölməsinə müraciət etmələri xahiş olunur.
Bundan əlavə, Hacıqabul, Salyan, Saatlı, Sabirabad və Neftçala rayon Təhsil şöbələrində 21-25 yanvar tarixlərində saat 10:00-dan 17:00-dək qeydiyyat aparılacaq.
Qeyd edək ki, qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.