https://www.zirve.edu.az/
01.04.2018 05:47
İnformatika üzrə ümumrespublika olimpiadasına qeydiyyat başlayıb

Heydər Əliyev Fondu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə ali məktəb tələbələri arasında informatika üzrə ümumrespublika olimpiadası keçiriləcək.

Azərbaycan Dövlət İqtisad Universitetindən verilən məlumata görə, olimpiadanın ilk mərhələsi aprelin 29-da, növbəti (final) mərhələsi isə mayın 5-də baş tutacaq. Olimpiadada iştirak etmək üçün aprelin 20-ə qədər http://olimpiada.az saytı vasitəsilə qeydiyyatdan keçmək zəruridir.

Olimpiadada hər bir təhsil müəssisəsindən maksimum dörd komanda qeydiyyatdan keçə bilər və hər bir təhsil müəssisəsinin ən yaxşı nəticə göstərən yalnız bir komandası olimpiadanın ikinci (final) mərhələsinə vəsiqə qazanacaq. Hər komanda bir rəhbərdən (müəllim) və üç iştirakçıdan (tələbə-bakalavr) təşkil olunmalıdır.

Olimpiadanın birinci mərhələsi Bakı Mühəndislik Universitetində keçiriləcək. Olimpiadaya gələn komanda üzvləri şəxsiyyət vəsiqəsi və tələbə biletlərini özləri ilə gətirməlidirlər.