Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-11 10:28:00
İsveçdə oxumaq istəyənlər üçün əla şans-Sərfəli Proqram  

Xarici  ölkələrdə təhsil almaq istər dünyagörüşünün artırılması, istərsə də elm, təhsil baxımından böyük əhəmiyyət kəsb edir.

Hətta təhsilin ən yüksək inkişaf dövrünü yaşayan ölkələrdə belə gənclər xaricdə oxumağı qarşılarına hədəf qoyub.

Son zamanlar azərbaycanlı gənclərin də xaricdə təhsil almağa marağı artıb. Tələbələrin  seçdiyi ölkələrdən biri də İsveçrədir.

AzEdu.az-ın budəfəki yazısı İsveçin Visbi  təqaüd proqramı haqqındadır:

Bu gün yüksək inkişaf etmiş dünya təhsil məkanında İsveç ali təhsil müəssisələri mühüm rol oynayır. İsveç təhsilinin uğurlu olmasının səbəblərindən biri universitetlərin biznes, tibb və təbii elmlər sahəsində qabaqcıl müəssisələrlə əməkdaşlığıdır.

Tələbələrin praktiki bilik və bacarıqlarının inkişafı daha üstün tutulduğundan təhsil müəssisələri tam hazır peşəkar kadr yetişdirir. İsveç hazırda Avropa İttifaqı ölkələrindən gələn tələbələri pulsuz ali təhsil imkanları ilə təmin edən azsaylı ölkələrdən biridir.

İsveçdə təhsil almaq üçün bir neçə təqaüd proqramına müraciət edə bilərsiniz. Amma aralarında ən tanınanı İsveç hökümətinin təqdim etdiyi təqaüd proqramıdır. Azərbaycanlı tələbələr İsveçdə oxumaq üçün  “Visby” təqaüd proramına müraciət etməlidirlər.

Proqram haqqında

Visby təqaüd proqramı magistratura və doktorantura tələbələri üçün təklif olunur. Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Rusiya, Ukrayna, Ermənistandan olan tələbələr buproqrama qoşula bilərlər.

Proqram çərçivəsində magistratura, doktorantura və doktorantura  sonrası tədqiqat (postdoct)  mərhələlərində təhsil almaq mümkündür. Magistratura təhsili üçün 1-2il, doktorantura 12ay, doktorantura sonrası tədqiqat 6,9 və ya 12 ay, böyük elmi işçilər üçün 6ay nəzərdə tutulub.

Təqaüd proqramına yaşayış xərcləri üçün 9000 İsveç kronu, sığorta, təhsil xərci (universitetin tədris proqramı üçün tələb olunan xərc), səyahət xərci üçün 5000 kron, İsveç İnstitut Şəbəkəsinə üzvlük (SI NFGL) daxildir.

Təqaüdünə  proqramına müraciət etmək üçün hansı lazım olan sənədlər

– Referans (Tövsiyə) məktubu

– Motivasiya məktubu

– Dil sertifikatı (IELTS, TOEFL), ən azı B2 səviyyəsini sübut edən rəsmi sənəd.

– CV

2019-2020 ci illərdə İsveçdə magistratura təhsili almaq istəyən tələbələr 4-14 Fevral 2019 tarixi aralığında müraciət etməlidirlər. Müraciət etmədən öncə tələbələr Visbi Proqramı üçün seçilə biləcək ixtisasların siyahısına diqqətlə nəzər salmalı və özlərinə uyğun ixtisası seçməlidirlər. Bu siyahı 1 Dekabrdan gec olmayaraq Visbi təqaüdünün rəsmi saytında yayımlanır.

– Müraciət üçün rəsmi sayta keçid edərək uyğun ixtisas seçilir və sənədləşmə prosesi həyata keçirilir.

– 4 ixtisas seçimi etmək mümkündür.

– Müraciət bitdikdən sonra Visby təqaüd formuna daxil etməyiniz üçün sizə Applicationnumber (müraciət nömrəsi) veriləcək.

– Müraciət üçün 900 kron (100 dollar) məbləğində birdəfəlik xərc ödənilməlidir.

Qeydedəkki, müraciət üçün son tarix 1 Fevraldır və bu vaxta qədər bütün sənədlər hazırlanaraq bu proses tamamlanmalıdır.

Günel Yaşarqızı
Müəllifin digər yazıları