Azedu.az

Azərbaycanlı doktorantın məqaləsi UNESCO-nun elektron bülletenində yerləşdirilib

7 Yanvar 2019, 13:42
Azərbaycanlı doktorantın məqaləsi UNESCO-nun elektron bülletenində yerləşdirilib

UNESCO-nun Beynəlxalq Bioetika Şəbəkəsi Türkiyə bölməsinin və Hacettepe Universitetinin Bioetika Təhsil Araşdırma və Tətbiq Mərkəzinin “Türkiyədən bioetika haqqında izahat” elektron bülleteninin ilk nömrəsi yayımlanıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) AzEdu.az-a bildiriblər ki, ildə iki dəfə yayımlanacaq elmi-publisistik bülletenin ilk buraxılışında hazırda mərkəzdə fəaliyyət göstərən Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutunun bioetika və cinayət hüququ ixtisasları üzrə doktorantı, ADPU-nun müəllimi Sevda Kərimovanın “Ölüm cəzası cinayətdən çəkindirirmi?” məqaləsi yer alıb. Məqalə ilə

//www.deontoloji.hacettepe.edu.tr/ linkində tanış olmaq mümkündür.

UNESCO-nun bioetika kafedralarının fəaliyyət göstərdiyi bir çox ölkələrdə alternativi olan bu elektron bülletenin Azərbaycanda da yaradılması hazırda dünyanın diqqət mərkəzində olan bioetikanın inkişafına kömək edəcək.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox