Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-28 13:29:00
Rumıniyada təqaüdlə təhsil almaq istəyənlərin ən çox verdikləri suallar-CAVABLAR 

Rumıniya Xarici İşlər Nazirliyi 2020-2021-ci tədris ili üzrə ali təhsilin bakalavriat, magistratura, doktorantura səviyyələri üzrə təqaüd proqramı elan edib.   

AzEdu.az Rumıniyada təqaüdlə təhsil almaq istəyənlərin ən çox verdikləri suala cavabı təqdim edir:

-Təqaüd proqramına müraciət üçün hansı sənədlər tələb olunur?

Tələb olunan sənədlərin siyahısı aşağıda göstəriləndir:

  1. Müşayiət məktubu, Rumıniya tərəfindən verilmiş;
  2. Əlavə 1(ərizəçi tərəfindən ingilis dilində doldurulmuş);
  3. Əlavə 2 (ərizəçi tərəfindən ingilis dilində doldurulmuş);
  4. Təhsil diplomalarının notariusla təsdiq edilmiş nüsxələri və notariusla təsdiq edilmiş tərcüməsi;
  1. Təhsil sənədlərində göstərilən rəsmi qiymət cədvəllərinin notariusla təsdiq edilmiş nüsxələri və notariusla təsdiq edilmiş tərcüməsi;
  2. Doğum haqqında şəhadətnamənin notariusla təsdiq edilmiş nüsxəsi və notariusla təsdiq edilmiş tərcüməsi;
  1. Pasportun ilk üç səhifəsi (Xerox surəti);
  2. Tibbi şəhadətnamə (ingilis dilində və ya ingilis dilində tərcüməsi əlavədə təqdim edilməklə);
  1. “Curriculum Vitae” (CV ingiliscə);
  2. İki (2) sonuncu fotoşəkil – pasport ölçüsündə.

Namizədin imzası

-Rumıniya universitetlərində təqaüd proqramı çərçivəsində hansı dildə təhsil almaq mümkündür?

-Təqaüd proqramı çərçivəsində  rumın dilində təhsil almaq mümkündür.

-Təqaüd proqramı çərçivəsində hansı ixtisaslar üzrə təhsil almaq olar?

-Təqaüd proqramı çərçivəsində memarlıq, incəsənət, Rumıniya mədəniyyəti və sivilizasiyası, jurnalistika, siyasi və idarəetmə elmləri, təhsil, sosial və humanitar elmlər, neft-qaz, kənd təsərrüfatı və texnologiya elmləri, baytarlıq ixtisasları üzrə təhsil almaq mümkündür.

-Təqaüd proqramı nələri maliyyələşdirir?

- Təhsil haqqı, yataqxana xərcləri və aylıq maliyyə dəstəyi (bakalavriat – 65 avro, magistratura təhsil səviyyəsi üçün 75 avro, doktorantura 85 avro). Qidalanma və nəqliyyat xərclərinin şəxsi vəsaitlə qarşılanması nəzərdə tutulub.

-Təqaüd proqramıyla təhsil almaq üçün namizədlərin seçimi necə edilir?

-Namizədlərin seçimi Rumıniyanın aidiyyəti nazirliyi tərəfindən həyata keçirilir.

Təqaüd proqramı ilə bağlı hər hansı sual yaranacağı təqdirdə Rumıniyanın Azərbaycandakı Səfirliyi ilə qeyd olunan elektron poçt vasitəsilə ([email protected]) əlaqə saxlamağınız və bütün sənədləri təqdim etməzdən əvvəl Səfirliklə qəbul vaxtı təyin etməyiniz tövsiyə edilir.

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları yuxarıdakı keçiddə göstərilən müvafiq ərizə formaları ilə birgə tələb olunan sənədləri 7 fevral 2020-ci il tarixinədək Rumıniyanın Azərbaycandakı Səfirliyinə təqdim etməlidir.

Günel Yaşarqızı
Müəllifin digər yazıları