XƏBƏRLƏR

27.01.2020 12:21
Maaş artımı və ştat cədvəli ilə bağlı təkliflər irəli sürüləcək- Təhsil naziri

“Psixoloqların diaqnostik qiymətləndirməsindən sonra müəllimlərdən fərqli olaraq maaşları artmayıb. Amma ötən il onların maaşında müəyyən qədər artım olub”

AzEdu.az xəbər verir ki, bu fikirləri Təhsil naziri Ceyhun  Bayramov səsləndirib. O,  psixoloqların diaqnostik qiymətləndirməsindən danışıb.

“Ötən il 2700-ə yaxın psixoloqun diaqnostik qiymətləndirməsi keçirilib. 2019-cu ildə  bu istiqamətdə tədbirlər planı hazırlanıb. Məqsəd mövcud psixoloqlarının güclü və zəif tərəfləri müəyyən etmək, onlar üçün təlimlərin təşkili, dəstək istiqamətində işlər gorməkdir. Hazırda Nazirlər Kabinetinə yeni qaydalar təklif edilib. Bu gün psixoloqların əməkhaqqı diaqnostik qiymətləndirmədən  keçən müəllimlərin əmək haqlarından fərqli vahid tarif cədvəli ilə müəyyənləşir. 2019-cu ildə onların əmək haqlarına artım olub. Psixoloq maaşları iki dəfədən bir qədər az artırılıb. Onların əməyinin stimullaşdırılması istiqamətində Təhsil Nazirliyi təkliflər hazırlayacaq. Bilirsiz ki, əməkhaqqı artımı, ştat cədvəli ilə bağlı məsələlər bir sıra qurumlarla razılaşdırılmalıdır. Bu barədə təkliflər irəli sürüləcək.

Qeyd edək ki, ötən il psixoloqların diaqnostik qiymətləndirilməsi könüllülük prinsipi ilə həyata keçirilib.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları