XƏBƏRLƏR

09.10.2019 12:30
Türk dilini öyrənmək istəyənlərə vacib xəbər - İmtahana salınan sual nümunələri  

Türkiyə universitetlərində türk dilində təhsil almaq istəyənlər TYS imtahanında iştirak edə bilərlər. TYS əcnəbi tələbələrin Türkcə dil biliyini yoxlayan imtahandır.

AzEdu.az TYS imtahanı haqqında ətraflı məlumatları təqdim edir:

TYS oxuma və dinləmə, yazma, danışma  mərhələlərindən ibarətdir. İmtahana ayrılan ümumi vaxt 180 dəqiqədir.  TYS oxuma 25, dinləmə 25, yazma 25, danışma 25 olmaqla cəmi 100 balla qiymətləndirilir. İmtahanda toplamda 55-70 arası bal toplayanlara B2, 71-88 arası bal yığanlara C1, 89-dan yuxarı bal alanlara isə C2 sertifikatı verilir.

  TYS nəticələri imtahan tarixindən 15 gün sonra açıqlanır.

TYS imtahanın hər bir mərhələsi haqqında məlumat:

Oxuma və dinləmə mərhələsi:

Oxuma mərhələsi iştirakçılara 25 bal qazandırır. 6 mətn olmaqla 40 sualdan ibarətdir. Bu hissəyə ayrılan zaman 60 dəqiqədir. Burada müəyyən mətnlər verilir. Və bu mətnlərə uyğun tapşırıqlar yerləşdirilir.

Tapşırıq nümunələri:

*Boşluqları uyğun variantları (A B C D) seçməklə doldurmaq (1-10-cu suallar);

*Mətnə aid fikirləri doğru-yalnış olaraq seçmək (11-16-cı suallar);

*Mətndəki qrafikə, rapora və s uyğun 4 variantlı ( A B C D) testlər (17-22-ci suallar);

*Məlumat xarakterli mətnə aid ümumi fikirləri əks etdirən 4 variantlı (A B C D) testlər (29-34-cü suallar);

*Hekayə xarakterli mətnə aid 4 variantlı (A B C D) testlər (35-40-cı suallar).

Nümunə üçün aşağıdakı linkə daxil olun

https://tys.yee.org.tr/uploads/news/images/ornek-sinav/ornek-okuma.pdf

Dinləmə mərhələsi:

Dinləmə mərhələsi də iştirakçılara 25 bal qazandırır. Burada da 6 mətn verilir, cəmi 30 sualdan ibarətdir. Hər bir mətnə 1bir dəfə dinlənilir. Bu hissəyə ayrılan zaman 45 dəqiqədir. Mətnləri dinləmə müddəti bu 45 dəqiqəyə aid deyil. 45 dəqiqə hər mətn dinləmədən öncə sualları oxumağa və mətn dinləndikdən sonra düzgün variantları seçmək üçün ayrılır.

Tapşırıq nümunələri:

*Dinlənilən mətnə uyğun doğru və yalnış fikirləri seçmək (1-3-cü suallar);

*Dinlənilən mətnə uğun uyğunlaşdırıla biləcək variantları seçmək (4-7-ci suallar);

*Müəyyən məlumat xarakterli mətnin dinlənilib 4 variantlı (A B C D) testləri düzgün cavablandırmaq (8-12-ci suallar);

*Müəyyən məlumat xarakterli mətnin dinlənilib 4 variantlı (A B C D) testləri düzgün cavablandırmaq (13-18-ci suallar);

*Biri haqqında məlumat-reportaj xarakterli mətnin dinlənilib 4 variantlı (A B C D) testləri düzgün cavablandırmaq (19-24-cü suallar);

*Hekayə-dialoq xarakterli mətnin dinlənilib 4 variantlı (A B C D) testləri düzgün cavablandırmaq (24-30-cu suallar).

Nümunə üçün aşağıdakı linkə daxil olun

https://tys.yee.org.tr/uploads/news/images/ornek-sinav/ornek-dinleme.pdf

Dinləniləcək mətnlərin linkləri

1-ci mətn https://tys.yee.org.tr/uploads/news/images/ornek-sinav/Dinleme_1_turkce-yaz-okulu.mp3

2-ci mətn https://tys.yee.org.tr/uploads/news/images/ornek-sinav/Dinleme_2_Otel-rehberi.mp3

3-cü mətn https://tys.yee.org.tr/uploads/news/images/ornek-sinav/Dinleme_3_E-Nabiz.mp3

4-cü mətn https://tys.yee.org.tr/uploads/news/images/ornek-sinav/Dinleme_4_%20Bu-kuslar-bir-dahi.mp3

5-ci mətn https://tys.yee.org.tr/uploads/news/images/ornek-sinav/Dinleme_5_Tiyatroda-bir-omur.mp3

6-cı mətn https://tys.yee.org.tr/uploads/news/images/ornek-sinav/Dinleme_6_Balayi-hazirligi.mp3

Cavablar: https://tys.yee.org.tr/uploads/news/images/ornek-sinav/cevap-anahtari.pdf

Yazma mərhələsi:

Yazma mərhəsi 2 sualdan ibarətdir. Bu mərhələdə müəyyən söz limitləri qoyulur və ən az verilən söz sayısı qədər yazılması istənilir.

*1-ci sual maksimum 10 bal qazandırır və 20 dəqiqə zaman ayrılır. Burada müəyyən mətnlər verilir və yerləşdirilən mətnə əsasən tapşırıqlar aşağıdakı tərzlərdə ola bilir:

*Əksik mətnin tamamlanması;

*Form doldurması; məktub, ərizə, arayış yazılması (internetdən bunların hər birinin yazılış qaydası və şablonunun araşdırılması tövsiyyə olunur);

 *Qısaltma (özet) yazılması;

*Verilən rəsm, qrafik və ya cədvələ rəy bildirilməsi istənir.

*2-ci sual 15 bal dəyərindədir və 40 dəqiqə zaman ayrılır. Burada müəyyən mövzu verilir və bu mövzu haqqında inşa tipli yazı yazılması istənir.

Nümunə üçün linkə daxil olun

https://tys.yee.org.tr/uploads/news/images/ornek-sinav/ornek-yazma.pdf

Danışma mərhələsi:

Bu mərhələ də 2 hissədən ibarət olur. 25 bal dəyərində olan mərhələyə 15 dəqiqə zaman ayrılır.

Tövsiyə üçün deyə bilərik ki, içəri girdiyiniz andan çıxana qədər Türkcə danışın.

*İlk hissə qarşılıqsız danışmaq mərhələsidir. Bu mərhələdə müəyyən bir mövzu verilir. Mövzu haqqında danışılacaqların fikirləşib hazırlanması üçün ən az 1 dəqiqə, ən çox 3 dəqiqə zaman ayrılır. Namizəd verilən mövzu haqqında hazırladığını 5 dəqiqə ərzində danışmağa başlayır.

*İkinci hissi dialoq şəklində olur və qarşılıqlı danışıq mərhələsi adlanır. Burada namizədə müəyyən mövzu haqqında suallar verilir. Bu hissə qarşılıqlı şəkildə aparılır. Verilən müddət isə 10 dəqiqədir.

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu