Azedu.az

Polşada elektron diplom sistemi tətbiq olunub

Xaricdə təhsil

Təhsil hüququ və şikayətlər

18 İyul 2026, 11:25
Polşada elektron diplom sistemi tətbiq olunub

Polşada ali təhsil sahəsində elektron diplom sisteminin tətbiqinə başlanılıb.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, 2026-cı il iyunun 30-dan etibarən ölkənin ali təhsil müəssisələri məzunlara elektron diplom təqdim edə bilir. Yeni sistem sayəsində məzunlar diplomlarını xüsusi dövlət portalı və mobil tətbiq üzərindən əldə etmək imkanı qazanıblar.

Elektron diplomların tətbiqi təhsil sənədlərinin əldə edilməsini daha əlçatan etməklə yanaşı, onların həqiqiliyinin yoxlanılması prosesini də asanlaşdıracaq. Bununla yanaşı, yeniliyin diplomların beynəlxalq səviyyədə tanınması və istifadəsinə müsbət təsir göstərəcəyi bildirilir.

Qeyd edək ki, elektron diplom sistemi Polşada ali təhsilin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatların tərkib hissəsidir.

Ceyhun Bayramov Lavrovu MAT QOYDU - Ukrayna müharibəsini pislədi
Son xəbərlərDaha çox