Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-27 13:00:00
Azərbaycanın seysmik stansiyalarında texniki yenilənmə işləri aparılacaq

Amerikalı seysmoloqlar - Miçiqan Dövlət Universitetinin Yer və Ətraf Mühit Elmləri departamentinin professoru Kevin Mackey və Missuri Universitetinin elmi işçisi Utku Koçum Azərbaycanda səfərdədirlər.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) AzEdu.az-a verilən məlumata görə, səfər çərçivəsində Hacıqabul, Neftçala, Göyçay, İsmayıllı, Quba və Qusar rayonlarında quraşdırılmış seysmik stansiyalarda texniki yenilənmə işlərinin aparılması və məlumatların toplanılması nəzərdə tutulub. 

Bildirilib ki, RSXM ABŞ Enerji Departamenti və Ukrayna Elm və Texnologiya Mərkəzinin "Qafqaz Kəsilişi" birgə layihəsi çərçivəsində bu istiqamətdə işlər davam etdirilir. 

Qeyd edək ki, Hacıqabul, Neftçala, Göyçay rayonlarında quraşdırılmış stansiyalarda işlər tamamlanıb. Hazırda İsmayıllı rayonunda quraşdırılmış stansiyalarda işlər davam etdirilir. Amerikalı seysmoloqların səfəri oktyabrın əvvəlində başa çatacaq.