Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-15 13:07:00
Hazırlıq qrupları üçün yaradılmış Qeydiyyat Mərkəzlərindən istifadə ödənişlidir? - Cavab

2019-2020-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına avqustun 26-dan başlanmış elektron qeydiyyat prosesi sentyabrın 25-dək davam edəcək. Elektron ərizəsi qeydiyyata alınanların məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə sentyabrın 2-dən 27-dək (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) aparılacaq.

Son zamanlar övladını məktəbəhazırlıq qruplarına yazdırmaq istəyən valideynləri maraqlandıran məqamlardan biri də Alternativ Qeydiyyat Mərkəzlərində ödənişlə bağlıdır.

Sual:

Onlayn qeydiyyatdan keçə bilməyib Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət etdikdə nə qədər ödəniş tələb olunur?

Cavab:

AzEdu.az xəbər verir ki, valideyn və ya qanuni nüayəndə övladını onlayn qeydiyyatdan keçirəən zaman çətiliklə üzləşdikdə vətəndaşlara kömək göstərilməsi məqsədilə müəyyənləşdirilmiş Alternativ Qeydiyyat mərkəzlərinə müraciət edə bilərlər. Elektron sənəd qəbulu sistemindən və Qeydiyyat Mərkəzlərindən istifadə üçün ödəniş tələb olunmur.

 Bundan əlavə, məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir. Bu qruplar dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilirlər.

Qeyd edək ki, qaydalara uyğun olaraq, məktəbəhazırlıq qruplarında məşğələlərin hər il oktyabrın 1-də başlaması nəzərdə tutulur. Valideynlər oktyabrın 1-dən övladını məktəbə gətirməlidirlər.

Məktəbəhazırlıq qruplarında təhsil alan azyaşlılar üçün noyabrın 16-dan 20-dək payız, yanvarın 27-dən 31-dək qış və mayın 1-dən 5-dək əlavə tətil nəzərdə tutulub.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları