XƏBƏRLƏR

13.09.2019 14:15
Təhsil eksperti kollecləri ittiham etdi: “Orda tələbələrə heç nə öyrətmirlər”  

“Kollecdə oxuyan tələbələr 2-3 il ərzində sadəcə vaxt itirilər”

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Allahverdi Eminov deyib:

“Bu gün bəzi abituriyentlərin yüksək ballı ixtisasları seçməyə bilikləri çatmır. Digər yerləri isə bəyənmədikləri üçün kolleclərə üz tuturlar. Orda isə tədris prosesi çox zəif gedir. Kollecdə tələbələr 2-3 il ərzində sadəcə vaxt itirilər.

Kollec məzunlarının orta məktəb səviyyəsində belə biliyi yoxdur. Ad var ki, filankəsin qızı, ya da oğlu kolleci bitirib adını almaq üçün daxil olurlar. Universitetə balı çatmayanların əksəriyyəti kolleclərə axışırlar.

Məsələn: Mən təqaüdə çıxmazdan əvvəl kolleclərin birində dərs deyirdim. Əminliklə deyirəm ki, orda tələbələrə heç nə öyrətmirlər”.

Allahverdi Eminov  eyni zamanda kolleclərin sayının artmasına da münasibət bildirib:

“Müstəqillik yeni əldə edilən zaman kolleclərə məhdudiyyət qoyularaq sayları azaldılırdı .

Bu gün isə ölkədə kifayət qədər kollec fəaliyyət göstərir. Məsələn, Lənkəran Dövlət Universitetinin yaxınlığında  universitetlə demək olar ki, eyni ixtisasları tədris edən kolleclər var. Maddi imkanı olan müəllimlər də tədrisə cəlb edilir. Bu vəziyyət çox bölgələrdə yaşanır.

Paytaxt və regionlarda çox sayda özəl universitetlər olduğu halda  kolleclərin yaradılmasına nə ehtiyac var? Bir elm adamı olaraq, kolleclərinin sayının artmasının tərəfdarı deyiləm. Əksinə, ora  qoyulan xərc texniki peşə məktəblərinə sərf edilərsə daha yaxşı olar. Uşaqlar həm burda attestat almaqla yanaşı, həmdə peşəyə yiyələnə  bilərlər”.

İlin gənc müəllimi-Müraciət formu