Kolleclərə qəbul imtahanında iştirak edənlərin 13,66 faizi 50-dən az bal toplayıb.
AzEdu.az-ın əldə etdiyi məlumata görə, 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində qəbul imtahanlarının nəticələri ilə bağlı diqqətçəkən göstəricilər açıqlanıb.
Belə ki, qəbul imtahanında iştirak edən abituriyentlərin 13,66 faizi 50-dən az, 16,24 faizi isə 200-dən çox bal toplayıb.
Məlumata görə, ali məktəbə qəbul olunan abituriyentlərin böyük əksəriyyətinin - 62,59 faizinin imtahan nəticəsi 100-150 bal intervalında olub. Qəbul olunanlar arasında 22,84 faiz abituriyent 50-100 bal aralığında nəticə göstərib.
Ən yüksək nəticə intervalı hesab olunan 200-285 bal diapazonunda nəticə göstərənlərin payı isə cəmi 0,93 faiz təşkil edib.
Statistikaya əsasən, qəbul olunan abituriyentlərin yalnız 0,14 faizi 39–50 bal intervalında nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul oluna bilib.