Azedu.az

Xüsusi qabiliyyət ixtisaslarına qeydiyyat davam edir

Kolleclər

29 İyun 2026, 17:30
Xüsusi qabiliyyət ixtisaslarına qeydiyyat davam edir

2026/2027-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin elektron qeydiyyatı 1 iyul saat 23:59-dək davam edəcək. Abituriyentlər müvafiq keçidə daxil olub qeydiyyatdan keçə bilərlər.

AzEdu.az xəbər verir ki, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər yalnız 1 istiqamət  üzrə qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyatdan qəbul imtahanının I mərhələsində (cari ilin məzunları üçün buraxılış) topladıqları ümumi balı 50 (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) və daha yüksək olan abituriyentlər keçə bilərlər.

Qoşunlar hazır vəziyyətə gətirildi - Türk dövlətləri savaşa girir?
Son xəbərlərDaha çox