Azedu.az

Kolleclərə ən yüksək qəbul bu ixtisaslara olub

Kolleclər

29 İyun 2026, 17:09
Kolleclərə ən yüksək qəbul bu ixtisaslara olub

2025-ci il üzrə orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri açıqlanıb.

AzEdu.az xəbər verir ki, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.

Ən yüksək göstəricilərdən biri tibb ixtisaslarında qeydə alınıb. Bu istiqamət üzrə qəbul planı 99,62 faiz yerinə yetirilib. Dövlət təhsil müəssisələrinin ödənişsiz ixtisaslarında bu göstərici 99,41 faiz, ödənişli ixtisaslarında isə 99,77 faiz olub.

Kimya-texnoloji ixtisasları üzrə də yüksək nəticə əldə edilib. Qəbul planının  99,17 faizi icra olunub. Dövlət təhsil müəssisələrinin ödənişsiz ixtisaslarında plan tam (100 faiz) yerinə yetirilib, ödənişli ixtisaslarda isə bu göstərici 98,68 faiz təşkil edib.

Texniki, kənd təsərrüfatı, iqtisadiyyat və pedaqoji ixtisaslar üzrə qəbul planının 96,68 faizi yerinə yetirilib. Dövlət təhsil müəssisələrinin ödənişsiz ixtisaslarında bu göstərici 98,61 faiz, ödənişli ixtisaslarda 95,33 faiz, özəl təhsil müəssisələrində isə 97,50 faiz olub.

Humanitar ixtisaslar üzrə qəbul planının icra səviyyəsi 94,95 faiz təşkil edib. Dövlət təhsil müəssisələrinin ödənişsiz ixtisaslarında bu göstərici 97,05 faiz, ödənişli ixtisaslarında 94,44 faiz, özəl təhsil müəssisələrində isə 91,43 faiz olub.

Nisbətən aşağı göstərici isə baytarlıq və aqronomluq ixtisaslarında qeydə alınıb. Bu istiqamətdə qəbul planı 91,19 faiz yerinə yetirilib. Dövlət müəssisələrinin ödənişsiz ixtisaslarında qəbul planı 96,42 faiz, ödənişli ixtisaslarında isə 86,78 faiz icra olunub.

Bundan başqa, xüsusi qabiliyyət tələb edən bədən tərbiyəsi ixtisasları üzrə ayrılmış 180 plan yerinin hamısı  dolub və qəbul planı 100 faiz yerinə yetirilib.

Qoşunlar hazır vəziyyətə gətirildi - Türk dövlətləri savaşa girir?
Son xəbərlərDaha çox