Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-23 10:48:13
“Müəllimlər maddiyyat və reytinqə görə öz fənlərinin “qəbul”a əlavə olunmasını istəyir”- İRAD

"Hər müəllim istəyir ki, bütün ixtisas qruplarına tədris etdikləri fənn əlavə olunsun. Bu? həm maddiyyat tərəfdən yararlıdır, həm də müəllimin reytinqinə təsir edəcək amildir"

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə mütəxəssis Adil Vəliyev deyib. Onun sözlərinə görə, müəllimlər özlərini abituriyentlərin yerinə qoysalar, bunun necə çətin və lazımsız olduğunu görəcəklər:

"Abituriyent IV ixtisas qrupu üzrə imtahan verəcəksə və həkim olacaqsa, ona Tarix və Coğrafiya fənni necə lazım ola bilər? Bu fənnlərdən sadəcə ümumi məlumat lazımdır ki, onu da IX sinifə qədər keçsələr, bəs edər.

Fikrimcə, X-XI sinifdə şagirdlərə qruplar üzrə hazırlaşmağa imkan yaratsalar, məktəbdə texniki və humanitar fənnləri ayrı-ayrılıqda tədris etsələr, daha uğurlu nəticələr əldə etmək olar". 

Xatırladaq ki, sosial şəbəkələrdə tez-tez bəzi müəllimlər tərəfindən Tarix və Coğrafiyanın bütün ixtisas qruplarına əlavə olunması məsələsi gündəmə gətirilir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları