XƏBƏRLƏR

16.08.2019 17:16
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini 441 məzun bitirib

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 2018-2019-cu tədris ilinin məzunlarına diplomlar verilib.

Peşə Təhsil Mərkəzindən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Fikrət Nəbiyev təhsil müəssisəsinin uğurlarından bəhs edib. O bildirib ki, bu tədris ilində mərkəzi 441 nəfər məzun bitirib. Onlardan 6 nəfəri ali məktəblərə qəbul olunublar.

Xatırladaq ki, peşə təhsili müəssisələrinə sənəd qəbulu avqustun 5-dən başlanıb və avqustun 20-dək davam edəcək. Qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçirilir. Ərizələrin qəbulu “ASAN xidmət” mərkəzlərində, belə mərkəzlərin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada aparılır.

Müsabiqənin nəticələrinin avqustun 21-də elan olunması nəzərdə tutulur.

Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır. (AZƏRTAC)

İlin gənc müəllimi-Müraciət formu