Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-15 11:16:00
Vakant yer seçməyən namizədlər müqavilə mərhələsində iştirak edə bilərlər?- MİQ məsələləri

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başa çatdı.

Xatırladaq ki, bu mərhələdə 23609 namizəd iştirak edib, 14003 namizəd elektron ərizəsini təsdiq edib. Elektron yerləşdirmənin nəticələri barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək

“Vakansiya seçiminin ilk mərhələsində seçimlərini təsdiq etməyən namizədlər müqavilə mərhələsində iştirak edə bilərlər”

Bu sözləri AzEdu.az-a təlimçi müəllim Mahir Əhədov deyib.

“Vakansiya seçiminin ilk mərhələsində seçimlərini təsdiq etməyən və ya ümumiyyətlə seçim etməyən namizədlər müqavilə mərhələsində iştirak edə bilərlər.

Namizədlərin şəxsi səhifəsinə gələn "müsabiqənin növbəti mərhələsində iştirakınız imkan xaricindədir" anlayışı sadəcə ilk mərhələdə vakansiyalar üzrə yerləşdirmə nəzərdə tutulur”

Qeyd edək ki, ümumilikdə Bakı şəhəri də daxil olmaqla, respublikada ümumi təhsil müəssisələri üzrə 7 mindən artıq vakant yer müsabiqəyə çıxarılıb.

Günel Yaşarqızı
Müəllifin digər yazıları