XƏBƏRLƏR

19.07.2019 11:38
Qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq

7 iyulda II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının nəticələrinin iyulun 22-dək elan olunması nəzərdə tutulur.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər.

İyulun 8-dən etibarən DİM-də imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalına başlanılıb.

Yazılı cavab vermək tələb olunan tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən imtahan nəticələrinin iyulun 22-də elan olunacağı bildirilmişdi.

Lakin son məlumata əsasən, nəticələr iyulun 22-dən daha tez müddətdə açıqlanacaq.

Qeyd edək ki, nəticələri iş nömrəsini "7727" qısa nömrəsinə göndərməklə və "dim.gov.az"saytına daxil olmaqla əldə etmək mümkün olacaq.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları