XƏBƏRLƏR

17.07.2019 11:35
Bakıda tikiləcək yeni  məktəblər - Tamamlanan və davam edən işlər

Paytaxt məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir.

Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

İdarədən bildirilib ki, hazırda 6 məktəbdə təmir-tikinti işləri aparılır, 1 məktəb üçün yeni binanın tikintisi başa çatdırılıb, 6 məktəbdə isə mövcud binlaların və köhnə korpusların  yenilənməsi, əlavə korpusun tikintisi işləri planlaşdırılır.

39, 113, 129 nömrəli tam orta məktəblərdə əsaslı təmir işləri aparılır, 101 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisi həyata keçirilir. Həmçinin 300 nömrəli tam orta məktəb üçün əlavə korpusun tikintisi davam etdirilir. 208 nömrəli tam orta məktəbin isə bütövlükdə binasının sökülərək yenidən tikintisi həyata keçirilir.

Bundan əlavə, ehtiyac olan ərazidə daha bir yeni məktəb (161 nömrəli tam orta məktəb) binasının tikintisi başa çatdırılıb.

154 və 205 nömrəli məktəblərin də sökülərək yenidən tikintisi, 90, 97 və 155 nömrəli tam orta məktəblərin isə köhnə korpuslarının  sökülərək yenidən tikintisi nəzərdə tutulur, 251 nömrəli tam orta məktəb üçün əlavə korpusun tikintisi planlaşdırılır. 

Qeyd edək ki, hazırda həyata keçirilən bütün təmir və tikinti işlərinin yeni tədris ili başlayana qədər başa çatdırılması nəzərdə tutulur.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu