Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-20 13:26:00
Son buraxılış imtahanından 12 nəfər qovulub - SƏBƏB  

İyunun 16-da keçirilən buraxılış imtahanından qaydaları pozduğuna görə 12 nəfər xaric edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a məlumat verilib.

İmtahanda iştirakı gözlənilən 32.827 şagirddən 561 nəfəri imtahana gəlməyib. 12 nəfər isə  imtahan qaydalarını pozduğu üçün binadan kənarlaşdırılıb.

Qeyd edək ki, iyunun 16-da 29 şəhər və rayonda, o cümlədən müxtəlif təyinatlı məktəblərdə – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə təhsil alan 9-cu sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının II mərhələsi keçirilib.

Nəticələr 19 iyunda elan olunub.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları