Hüquqlar valideynlər və ya digər qanuni nümayəndələrə müəyyən səlahiyətlər verir.
Bütün valideynlərin öz hüquq və vəzifəsini bilməsi vacibdir.
Bəs həmin hüquqlar hansılardır? AzEdu.az saytı onları diqqətinizə çatdırır:
1) Yetkinlik yaşına çatmayan övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) üçün təlim-tərbiyə müəssisəsini seçmək;
2) Təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq;
3) Təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək;
4) Təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək;
5) Qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
Valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri 19 iyun 2009-cu ildə qəbul edilmiş "Təhsil haqqında" Azərbaycan Respublikası Qanunun 34-cü maddəsində öz əksini tapıb.