Azedu.az

Nazir UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edir

Elm və Təhsil Nazirliyi

25 Mart 2025, 17:23
Nazir UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edir

Emin Əmrullayev UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edir.

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti 25-26 mart tarixlərində UNESCO-nun Paris şəhərindəki Baş Qərargahında keçirilən “Sürətlə dəyişən dünyada elm diplomatiyası: kişi və qadınların zehnində sülhün qurulması” mövzusunda Qlobal Nazirlər Dialoqunda iştirak edir.

Müxtəlif ölkələrin elm və təhsil nazirlərini, elm üzrə nümayəndə və tanınmış beynəlxalq ekspertləri bir araya gətirən tədbirin əsas məqsədi XXI əsrin qlobal çağırışlarının həllində elm diplomatiyasının rolunu müzakirə etmək, innovasiyanı təşviq etmək və davamlı inkişafın təmin edilməsində elm diplomatiyasının potensialından istifadə yollarını araşdırmaqdır.

Azərbaycanlılar ayağa qalxdı - Urmiyada baş verənlərə Bakıdan reaksiya
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox