İyunun 8-də Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin 9-cu görüşü çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarla görüşüb.
Bu barədə AzEdu.az-aElm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər müzakirə olunub: "Xüsusilə hər iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, eləcə də Türkiyə-Azərbaycan Universiteti çərçivəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb".