“Suallar həm düşündürücü, həm də müxtəlif çətinlik səviyyələrində hazırlanıb”.
AzEdu.az xəbər verir ki, bunu sertifikatlaşdırma imtahanında 54 bal toplayan 72 nömrəli məktəb-liseyin Azərbaycan dili müəllimi Məhsəti Yusifova deyib.
“Suallar rahat oldu. Həm düşündürücü və çətin səviyyədə, həm də asan və orta səviyyədə suallar var idi.
54 bal topladım və bu nəticəni özümdən gözləyirdim. Sertifikatlaşdırma imtahanında ilk dəfə iştirak edirəm. Öz üzərimdə daimi işləyirəm. Düşünürəm ki, əldə etdiyim nəticə də bunun göstəricisidir”.