Azedu.az

Emin Əmrullayev məzunları təbrik edib

Təhsil Nazirliyi

13 İyun 2026, 09:37
Emin Əmrullayev məzunları təbrik edib

Elm və təhsil naziri Emin Əmrullayev “Son zəng” münasibətilə məzunları təbrik edib.

AzEdu.az xəbər verir ki, bunu nazir rəsmi “Facebook” hesabında etdiyi paylaşımda bildirib.

Nazir qeyd edib ki, bu gün məzunların həyatında yeni bir mərhələ başlayır və geridə qoyduqları məktəb illəri onlara yalnız bilik deyil, həm də dəyərlər və həyatda doğru seçimlər etmək bacarığı qazandırıb.

Emin Əmrullayev paylaşımında müəllimlərin və valideynlərin əməyini də xüsusi vurğulayaraq, böyük fədakarlıqla şagirdlərə yol göstərən müəllimlərə, övladlarının hər uğurunda və çətin anında onların yanında olan valideynlərə təşəkkür edib.

Nazir bildirib ki, müasir və güclü Azərbaycanın gələcəyi gənclərin bilik, bacarıq və intellektindən asılıdır. O, seçəcəkləri peşədən asılı olmayaraq, hər bir məzunun ölkənin inkişafına dəyərli töhfə verəcəyinə inandığını ifadə edib.

Sonda Emin Əmrullayev bütün məzunlara uğurlar və yeni nailiyyətlər arzulayıb.

TƏCİLİ! Ermənilərə XƏBƏRDARLIQ EDİLİDİ: Sərhəddə həyəcan siqnalı
Son xəbərlərDaha çox