Azedu.az

Sertifikasiyadan 57 bal TOPLADI

Sertifikasiya

17 İyun 2026, 13:02
Sertifikasiyadan 57 bal TOPLADI

“Sertifikatlaşdırma imtahanlarının keçirilməsi müəllimlərin həm öz biliklərini yoxlaması, həm də peşəkar inkişafı üçün çox faydalıdır”.

AzEdu.az xəbər verir ki, bunu sertifikatlaşdırma imtahanında 57 bal toplayan 336 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Vahidə Məmmədova deyib.

Müəllim 57 bal topladığını və nəticədən razı qaldığını bildirib:

“57 bal topladım. Suallar nə çox asan idi, nə də çox çətin. Meyarlara uyğun şəkildə hazırlanmışdı. Əsas məsələ diqqətli olmaq idi”.

V.Məmmədova imtahan zamanı həyəcan yaşadığını, lakin bunu tədricən dəf etdiyini vurğulayıb:

“İmtahan zamanı həyəcanlı idim, amma sualları gördükcə və işlədikcə həyəcanım azaldı. Rahatlaşdım və daha diqqətli işlədim”.

Müəllim imtahana hazırlıq prosesindən danışaraq əsasən dərsliklərə və oxunmalı əsərlərə istinad etdiyini qeyd edib:

“Evdə lazım olan əsərləri oxumuşdum, əsasən dərsliklərdən istifadə etmişdim. Məncə, dərsliklər kifayət edir”.

O, imtahanın gedişində heç bir texniki problem yaşanmadığını da bildirib.

Əməkhaqqı artımı və sertifikatlaşdırmanın ümumi təsirinə toxunan müəllim qeyd edib ki, bu proses həm motivasiya, həm də peşəkar inkişaf baxımından əhəmiyyətlidir.

Paşinyan Bakının düşmənlərini həbs etdirəcək - Köçəryana ağır zərbə
Son xəbərlərDaha çox