“Sertifikatlaşdırma olmalıdır, savadlı müəllim seçilməlidir”.
AzEdu.az xəbər verir ki, bunu sertifikatlaşdırma imtahanında 53 bal toplayan 121 nömrəli məktəbin rus dili müəllimi Nuranə Alıyeva deyib.
Müəllimə imtahan prosesindən razı qaldığını bildirib:
“İmtahan çox şəffaf keçdi. Suallar çox rahat idi, əsasən orta və asan səviyyədə idi. 53 bal topladım. Əslində daha çox bal gözləyirdim. Düşünürdüm ki, 58 bal toplayaram. Suallar o qədər rahat idi ki, bəlkə də tələsdiyim üçün bəzi səhvlər etmişəm. Amma ümumilikdə nəticə məni qane edir.Beş illik pedaqoji təcrübəyə malikəm və rus dili fənni üzrə sertifikatlaşdırma imtahanında ilk dəfə iştirak edirəm.
Sertifikatlaşdırmanın əhəmiyyətindən danışan N.Alıyeva bu prosesin təhsil sisteminə müsbət təsir göstərdiyini vurğulayıb:
“Məncə, sertifikatlaşdırma mütləq olmalıdır. Bu, müəllimlərin bilik və bacarıqlarının qimətləndirilməsi baxımından vacibdir. Savadlı müəllim seçilməlidir. Hər şey qaydasında idi. Nəzarətçilərin işi də yüksək səviyyədə təşkil olunub".