Azedu.az

12 nəfərin nəticəsi ləğv olunub

AzEdu Təhsil Platforması

17 İyun 2026, 19:58
12 nəfərin nəticəsi ləğv olunub

24 may 2026-cı il tarixində keçirilmiş II və III ixtisas qrupları üzrə qəbul imtahanın nəticələri elan olundu.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a məlumat verilib. 

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 56847 abituriyentdən (II qrup üzrə 28507 nəfər, III qrup üzrə 28340 nəfər) 2429 nəfər (II qrup üzrə 1663 nəfər, III qrup üzrə 766 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 12 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

 

Paşinyan Bakının düşmənlərini həbs etdirəcək - Köçəryana ağır zərbə
Son xəbərlərDaha çox