Azedu.az

Elm və təhsil naziri Tovuzda vətəndaşları qəbul edəcək

Qazax-Tovuz Regional Təhsil İdarəsi

2 Oktyabr 2024, 10:52
Elm və təhsil naziri Tovuzda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 18 oktyabr tarixində Tovuz şəhərində vətəndaşları qəbul edəcək.  

AzEdu.az xəbər verir ki, qəbulda Ağstafa, Qazax, Şəmkir, Gədəbəy və Tovuz sakinləri iştirak edə bilərlər. 

Adları çəkilən şəhər və rayonların sakinləri 11 oktyabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının //edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

Paşinyan Azərbaycanın əsas şərtini QƏBUL EDİR
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox